Menu

Terrorçu özünü məsciddə partlatdı: 10 ölü, 12 yaralı

23.10.2015, 08:55
Terrorçu özünü məsciddə partlatdı: 10 ölü, 12 yaralı

Pakistanın cənub-qərbində terrorçu-kamikadze məsciddə özünü partladıb, nəticədə azı 10 nəfər ölüb, 12 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış Belucistan əyalətinin paytaxtı Kvetta şəhərindən 170 km aralıda törədilib.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol