Layihələ düzəlişləri şəxsən Rusiya prezidenti Vladimir Putin verib. O, təklif edib ki, ölkədə İncili, Quranı, Tanahı, Hancuru və onlardan gətirilən sitatları ekstremist çağırış adlandırmaq qadağan olunsun («Exo Moskvı»).
Qanun layihəsinə həsr olunmuş izahedici əlavədə deyilir ki, xristianlıq, islam, iudaizm və buddizm «Rusiya xalqlarının tarixi irsinin ayrılmaz hissəsini təşkil edir». Qanun layihəsini «Dünyanın ənənəvi dinlərinə bərabər hörmətin təmin olunması məqsədilə» qəbul etmək təlif olunur.
Xatırladaq ki, 2015-ci ilin avqustunda Cənubi Saxalin (Rusiya Federasiyası) məhkəməsi «Allaha dua: İslamda onun təyinatı və yeri» adlı kitabı ekstremist elan etmişdi. Guya ki, məhkəmə həmin kitabda İslamın digər dinlərlən üstün tutulması istiqamətində təbliğati çağırışlar aşkar edibmiş.
Məhkəmənin bu qərarına cavab olaraq, Çeçenistanın başçısı Ramzan Kadırov hakimi və prokuroru şəxsən «cavab verməyə» cəlb edəcəyinə söz vermişdi. Kadırov hakimi və prokuroru «milli xain və şeytan» adlandırmış və onlarla haqq-hesab çəkməyi tələb etmişdi. Oktyabrın 13-də Çeçenistan başçısının şikayəti Saxalin vilayət məhkəməsinə göndərilib.
AzPolitika.info


Şərhlər