Avropa Mərkəzi Bankının sədri (AMB) Mario Draghi-nin açıqlamaları ilə Avro ucuzlaşmaqda davam edir.
Draghi dünən axşam bildirib ki, istiqraz alışı ilə dövriyyəyə əlavə avro buraxılması prosesinin 2016-cı ilin Sentyabr ayından sonra da davam edə və həcminin aylıq 60 milyard avroluq proqramın məbləği artırıla bilər.
Avro dollar qarşısında Avqustdan bu yana ilk dəfə 1.11 səviyyəsindən aşağıya düşüb.
Dünən 1,1312-dən 1,1170-ə qədər enən məzənnə bu gün 1.1090-a düşüb. Avronun dollar qarşısında ucuzlaşması 2%-ə çatıb. /"Marja"


Şərhlər