Menu

Prezidentdən Fransua Ollanda başsağlığı

23.10.2015, 17:05
Prezidentdən Fransua Ollanda başsağlığı

Prezident ilham Əliyev Fransa prezidenti Fransua Ollanda bu ölkədə baş vermiş nəqliyyat qəzası nəticəsində çoxsaylı insan tələfatına görə başsağlığı verib.

Başsağlığı məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş nəqliyyat qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol