Menu

PYD Rusiyada nümayəndəlik açır

23.10.2015, 19:15
PYD Rusiyada nümayəndəlik açır

Suriyadakı silahlı kürd qruplaşması, Türkiyənin terror təşkilatı saydığı PYD (Demokratik Birlik Partiyası) Rusiyada nümayəndəlik açmaq üçün rəsmi müraciət edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu PYD-in həmsədri Asya Abdulla “Sputnik” agentliyinə müsahibəsində bildirib. Bir sıra ölkələrdə nümayəndəlik açmağı planlaşdırdıqlarını söyləyən A. Abdulla Rusiyada nümayəndəlik açılması üçün rəsmi müraciət etdiklərini deyib: “Hazırlıqlar gedir. Nümayəndəlik rəsmən açılanda ictimaiyyətə geniş məlumat veriləcək”.

Rusiya ilə yaxın münasibətlərdə olduqlarını vurğulayan PYD nümayəndəsi kürdlərlə anlaşma olmadan bölgədə hər hansı problemlin həllinin qeyri-mümkün olduğunu bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol