Türkiyə baş naziri Əhməd Davudoğlu HDP həmsədri Səlahəddin Dəmirdaşın atmacalarına sərt cavab verib.
AzPolitika.info-nun məlumatına görə, "HaberTürk" və "Show TV" kanallarının ortaq yayımında Davudoğlu Dəmirdaşın "Davudoğlundan məmnunuq, o bizə "asan tikə"dir" sözlərinə istehza edib.
"Ona görə də onlar 13 faiz səs alır, biz isə 41 faiz. Dəmirdaş söhbət imtahanından belə keçə bilməz. Mən onu tanıyıram, onun arxasında ssenari yazanları tanıyıram. Getsin başqa məhəllədə oynasın", - deyə Davudoğlu bildirib.

Şərhlər