Ukayna KİV-nin yaydığı məlumata görə, bu gündən başlayaraq Ukrayna ilə Rusiya arasında birbaşa aviareyslər dayandırılıb. Belə ki, Kiyev sanksiya olaraq, özünün hava məkanını Rusiya aviaşirkətlərinin üzünə bağlayıb, Moskva isə buna adekvat cavab addımı atıb («Exo Moskvı»).
«Bünun nəticəsi olaraq, hər iki ölkənin əhalisi bundan əziyyət çəkir» - deyə, «Exo Moskva» radiosuna müsahibə verən tanınmış rusiyalı jurnalist, hazırda Ukraynada çalışan Pavel Şeremet qeyd edib.
Bu gün, bundan bir qədər əvvəl Rusiya hökumətinin başçısı Dmitri Medvedyev Ukrayna rəhbərliyini öz xalqı ilə mübarizə aparmaqda günahlandırıb. Onun sözlərinə görə, indiyə kimi iki ölkə arasında uçuşlar edən sərnişinlərin 2/3-i ukraynalı olub.
AzPolitika.info


Şərhlər