Aİ 95 benzini olmayacaq 1386279769-490Azərbaycanda Aİ-95 markalı benzinin istehsalı dayandırılacaq. ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bu gün jurnalistlərə bildirib ki, qurum hökumətə Aİ-95 markalı benzinin istehsalını dayandırmaq və tam şəkildə Aİ-92 markalı benzinin istehsalına keçmək barədə təklif verib.

Hazırda Aİ-95 benzininin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin qiyməti isə 1 litr üçün 70 qəpikdir.(contact.az)