Moskvada daha bir meyvə-tərəvəz bazarı bağlanacaq.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, müvafiq qərarı paytaxt rəhbərliyi verib.

Moskvanın ticarət və xidmətlər departamentindən bildiriblər ki, Tsaritsıno rayonunda yerləşən bazar Metropolitenin mülkiyyətinə keçəcək.

Bazarın fəaliyyəti 2014-cü ilin fevralın 15-dən dayandırılacaq.