Böyük Britaniyanın “Business New Europe” jurnalının Ukrayna hadisələrinə dair maraqlı məqalə dərc edib. Həmin məqalənin tərcüməsini təqdim edirik.
“Son günlər Ukraynanın paytaxtı Kiyevdə ümumi hadisələr əvvəlki gərgin günlərə nisbətən sakit keçir.Maydandakı erirazçılar və hüquq-mühafizə orqanları arasında sanki “atəşkəs” elan edilib. Baş nazir Nikolay Azarovun rəhbərlik etdiyi hökumət istefaya getdikdən, anti-demokratik qanunların parlamentdə ləğvindən sonra müxalifət ilə hakimiyyət arasında aparılan danışıqlar dayanıb. Prezident Yanukoviç hesab edir ki, özü tərəfindən kompromis üçün lazım olan addımları atılıb və indi növbə müxalifətindir. Hadisələrdəki durğunluq və danışıqların uzadılması heç şübhə yoxdur ki, Yanukoviçın xeyrinə işləyir. O, bu zaman fasiləsindən istifadə edərək partiya sıralarındakı vəziyyəti qaydasına qoymaq, regionlardakı itirilmiş təşəbbüsü yenidən əla almaq və müxalifət daxilindəki fikir ayrılığını daha da dərinləşdirmək planını həyata keçirmək istəyir. Əgər gələcək hadisələr bu xarakterlə cərəyan edərsə, onda müxalifət Maydandakı təsir imkanlarını itirə bilər. Ona görə ki, prezidentin bundan sonrakı mərhələlərdə hər hansı güzəştə getməyəcəyini nümayiş etdirməsi etirazçıların müxalifətə olan inamının ərimə ehtimalını gücləndirəcək. Fevral ayının əvvəlində prezidentin parlamentdəki nümayəndəsi Yuriy Miroşniçenko bildirmişdi ki, Yanukoviç növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsi məsələsininə baxmağın tərəfdarıdır. Belə bir qərar hər iki münaqişə tərəfinin qəbul edə biləcəyi ən böyük kompromis ola bilər. Ancaq indiki mərhələdə bunun baş tutacağı az inandırıcı görünür. Müxalifətin ümumi zəifliyi fonunda etirazçıların “Sağ sektor” adlanan radikal qanadı kimi qruplaşmalarının güclənməsi baş verir. Ukraynanın qərb vilayətlərində hazırkı hökumətə qarşı etiraz etmək istəyinin xeyli güclü olmasına baxmayaraq, ölkənin mərkəzi hissəsində və əsasən də şərq tərəfində könüllülərdən ibarət özünü qoruma dəstələri yaradılır. Digər yandan isə Ukraynanın şərqindəki Avromaydan tərəfdarlarına qarşı repressiyalar da aparılır. Prezident Yanukoviçin “Regionlar partiyası”- nda müəyyən silkələnmələr olsa da, bunun konkret açıq təsdiqini müşahidə etmədik. Yanukoviç müxalifətlə danışıqları dayandırmaqla öz pariyasındakı nizam-intizamı bərpa edərək ayr-ayrı deputatların onun tərkibindən çıxmasının qarşısını ala bildi.
Kiyevdə fövqəladə vəziyyətin elan edilməsi riski aşağı olsa da, hakimiyyətin media hücumları davam edir. Hakimiyyət kütləvi informasiya vasitəsi ilə vətəndaşları inandırmağa çalışır ki, etirazçıların hərəkətləri ölkənin milli təhlükəsizliyi üçün böyük zərbədir. Bütün bunlarla bərabər onu da qeyd etmək lazımdır ki, müxalifətlə Maydan arasında ayrılıq dərinləşır. Müxalifət liderləri Vitaliy Kliçko, Arseniy Yasenyuk və Oleq Tyagnibok 2004-cü ilin konstitusiyasına qayıtmaq üçün Yanukovişlə danışıqlar aparmaqla yanaşı Maydandakı etirazçıları mobilizasiya etməyə də çalışırlar. AB və ABŞ nümayəndələri ilə Münhen konfransındakı görüşdən sonra Arseniy Yasenyuk bəyan etmişdi ki, Ukraynadakı siyası böhranın həlli üçün dörd şərtin həyata keçməsi vacibdir. Bu şərtlər zorakılığa son qoyulması, həbs olunanların hamısının azadlığa buraxılması, insan qaçırılması, işgəncə və qətl hadisələrinin araşdırılması, konstitusiyanı dəyişərək prezident-parlament respublika sisteminə qayıdışın təmin edilməsindən ibarətdir. Müxalifət liderlərinin təşəbbüsü ələ almaları Maydandakı etirazçılar tərəfindən yaxşı qarşılanmır və aralarındakı fikir ayrılıqlarını getdikcə dərinləşdirir.
”Ümumi iş” adlı təşkilatın lideri Aleksandr Danilyuk müxalifət liderlərinin ünvanına kəskin sözlər deyərək Yanukoviçlə aparılan danışıqlar zamanı onun təşkilatının nümayəndəsinin də üçüncü tərəf kimi iştirakını tələb edir. Əslində bu cür tələbləri Maydandakı digər qruplaşmalar da irəliyə sürürlər və onlardan biri olan “Sağ sektor” yanvar ayının 31-də Ukrayna Təhlükəsizlik Xidmətiin rəhbəri Aleksandr Yakimenko və Daxili İşlər naziri Viktor Dubkovla qeyri formal danışıqlar aparıb. Maydanda toplaşan müxtəlif qruplar haqqında tam dolğun məlumat əldə etmək, Maydanın sosial strukturunun yekcıns olmadığı qənaətinə gətirir. İndi biz qısaca da olmuş olsa Maydandakı qüvvələri aşağıdakı kimi təsnifatlandıra bilərik.
1. ”Udar”, ”Batkevşina (Vətən)”,”Azadlıq” partiyalarının Kiyevdəki və regionlardakı fəalları.
2. Maydanın “Özünü müdafə dəstəsi”. Sayları 10 min nəfərdir. Onlar Maydanda qayda-qanun yaradılması və “Berkut”-dan müdafıə olunma funksiyasını həyata keçirirlər. Onun üzvləri Əfqanıstan müharibəsi veteranları, tələbələr və Ukraynanın müxtəlif vilayətlərindən gəlmiş gənclərdir. Həmin dəstə “Batkevşina” fraksiyasından deputat olan Maydan komendantı Andrey Poribuyun əmr və göstərişlərini yerinə yetirirlər.
3. Buraya marginal millətçilər liqasına daxil olan “Sağ sektor”, hərbiləşmiş “Trizub”, ”Ukrayna patriotları”, ”Ağ çəkic” və sairə bu kimi təşkilatlar daxildir.
4. ”Ümumi iş” - radikal təşkilatdır. Məhz həmin təşkilatın üzvləri Kənd təsərrüfatı, Energetika və Ədliyyə Nazirliyinin binalarını ələ keçirmişdilər. Onların rəhbəri Aleksandr Danilyuk hal-hazırda Londanda yaşayır.
5. Avtomaydan. Onların fəalları 1000 nəfərdən ibarətdir. Onlar avtomobillərlə prezident aparatı və digər rəsmi dövlət idarələrinə gedən yolların blokadaya alınması işini həyata keçirirlər. Avtomobilçilərin rəhbəri qaçırılaraq işgəncələrə məruz qalmış və haliyədə Vilnyusda müalicə olunan Dmitriy Bulatovdur.”

Şərhlər