Azərbaycanlı kinorejissor və ssenarist Natiq Axundun beynəlxalq film festivallarına təqdim etdiyi fəlsəfi-metafizik janrdakı yeni "Qopmuş" (Detached) qısametrajlı filmi artıq yayımlanıb. Rejissor ekran işini rəsmi sosial media hesabları vasitəsilə izləyicilərin ixtiyarına verib.
"Qopmuş" filmi insanın dünya və cəmiyyətlə fiziki deyil, dərin daxili əlaqəsini itirməsindən və mənəvi uzaqlaşmasından bəhs edir. Kadrlarda göydən yerə düşən nəhəng daşın yaratdığı təşviş fonunda vurğulanır ki, son hökmü daş deyil, insanın öz əməlləri verəcək. Ekran işində mənəvi azadlıq düsturu kimi insanın daxili bağlılıqlarından qurtulduqca həqiqəti anlaması və hələ yaşayarkən maddi dünyadan qopmasının əsl azadlığa aparan yol olduğu göstərilir. İnsanların arasında olmasına baxmayaraq onların həyatına aid olmayan qəhrəmanın tənhalığı isə sıradan bir təkliyi deyil, yalandan və qeyri-reallıqdan uzaqlaşaraq öz daxili həqiqətinə qovuşmasını simvolizə edir. Hadisələrdən daha çox insanın daxili aləmindəki bu dəyişmələri təsvir edən filmin beynəlxalq festivallardakı nəticələrinin də tezliklə açıqlanacağı gözlənilir.
Hadisələrdən daha çox insanın daxili aləmindəki dəyişmələri və uzaqlaşmanı təsvir edən ekran işinin beynəlxalq film festivallarındakı nəticələrinin də tezliklə ictimaiyyətə açıqlanacağı gözlənilir.

Şərhlər