Menu

“10 MİNİ OLANIN ATASINA LƏNƏT...” - "Mehdiyev mənə 1 manat qazanmağa imkan vermirdi"

23.07.2026, 23:59
“10 MİNİ OLANIN ATASINA LƏNƏT...” -  "Mehdiyev mənə 1 manat qazanmağa imkan vermirdi"

12 il Daşkəsənin icra başçısı işləmiş Əhəd Abıyevin özünə və yaxınlarına məxsus olduğu deyilən əmlakların siyahısı yayılıb.

“AzPolitika” xəbər verir ki, milyonlarla dəyəri olan həmin əmlaklara lüks evlər, villalar, hotel və istirahət mərkəzləri daxildir.

Bakının Nəsimi, Nərimanov, Səbail rayonlarında yerləşən evlər, o cümlədən Badamdar qəsəbəsində üç villa, Milyonerlər məhəlləsi kimi tanınan Teymur Əliyev küçəsində evlər, Qaxda, Nabranda, Xaçmazda, Qubada, Masallıda istirahət mərkəzləri, hotellər, bazar, çoxsaylı obyektlər və Daşkəsən və başqa rayonlarda böyük torpaq sahələri… Ümumilikdə isə həmin əmlakların sayı 40-dan çox göstərilir.

Məsələ ilə bağlı Əhəd Abıyev "Qafqazinfo"ya bildirib ki, yazılanlar uydurmadır, onu istəməyən şəxslər tərəfindən qərəzli şəkildə yayılıb. Abıyevin sözlərinə görə, rəhbərlik etdiyi rayon bu qədər əmlak qazanmaq üçün çox kasıb bir yer olub: “Başa düşmürəm, haradandır məndə hotellər, o evlər, villalar? Mən yatmağa-durmağa yer axtarıram. Daşkəsənin icra başçısı olmuşam da, orada nə var? Mən Lənkəranın, Masallının, ya Gəncənin icra başçısı olmamışam e, Daşkəsənin olmuşam. Dağlıq ərazidir, ancaq Xoşbulaq kəndi idi, ora da Daşkəsənin Siciliyası idi. İmkanlı adamlar yaylağa gəlirdilər, hərəsi bir ev almışdı. Kimə nə deyəsən orada? Biri var idi, nə isə deyən kimi deyirdi ki, lazım olar Əhəd Abıyevi 10 dəqiqəyə tutduraram. Qaldı ki, Daşkəsəndə çox şeyi mən eləmişəm.

10 mini olanın atasına lənət. Hamısı məndən pul almaq üçün yazılan şeylərdir. Əvvəllər bəzi adamlar var idi məndən pul alırdı, sakit idilər. İndi yenə başlayıblar. Pensiyada olan adamam, nə verəcəyəm?! İki il əvvəl də yazdılar, məhkəməyə verdim, təkzib yaydılar. Allaha and olsun, heç yerə də getmirəm, evimdə oturmuşam. Lap belə də ki, istirahətə getmişəm. Nə olsun, Əhəd Yessentukiyə, Roqaşkaya ya başqa yerə istirahətə gedə bilməz? Mənim o boyda xidmətlərim olub. Dezertirəm, nəyəm, nə olub ki, mənə?”

Əhəd Abıyevin dediyinə görə, icra başçısı işlədiyi dövrdə onun artıq pul qazanması mümkünsüz olub. Eks-məmur buna əsas səbəbi Prezident Adminstrasiyasının keçmiş rəhbəri rəhbəri Ramiz Mehdiyevlə mübarizəni göstərib: “Kasıb bir rayonda Ramiz Mehdiyevlə vuruşa-vuruşa icra başçısı işləmişəm. Ramiz Mehdiyev heç mənə 1 manat pul qazanmağa imkan vermirdi. Əksinə günü-gündən adamları göndərib məni yoxlatdırırdı. 2003-cü ildən onla vuruşmuşam, əlindən nə pislik gəlibsə, edib”.

Qeyd edək ki, Əhəd Abıyev 2003-2013-cü illərdə Daşkəsənin icra başçısı, daha əvvəllər isə Milli Məclisin depuatı olub.

Şərhlər

Ferz 2026-07-27 09:21:45

https://oxu.az/cemiyyet/fantastik-qiymetdir-aviabiletler-niye-keskin-bahalasib

Nazim 2026-07-26 11:02:19

Qatırı axsax olanın dədəsinə lənət a kiṣi qorxma yığdıqlarını rahat gŏyṣə.obiri oğrulara nə olub ki,sənə də nə ola?!!!!

Mehdi Vedili 2026-07-24 18:49:47

Bəs Filizsaflaşdırma mədəninin baş direktoru Ələddinlə hərtərəfli şəriklik məsələsini kimin ayağına yazaq? Lotusan, şeyx, mən ölüm, lotusan, özü də lap zırısından.

Saleh 2026-07-24 18:29:56

Əhəd Abıyevin nəfəsidə yalandı. Onun nə dediyinə fikir verməyin: 10.000 manatı yoxdur.
Kontinental mağazasının arxasında aldığın mülki neçə milliona almısan? Onu sat və həmin pulu payla Qazilərə.

Elmuraz 2026-07-24 10:56:46

Lənət olubda sənin atova ki sənin kimi oğlu var

Roma 2026-07-23 19:52:31

Məncə Əhəd bəyə sosial yardım lazımdır, adamın 10-ca mini də yoxdur, ancaq pensiyası ən azınnan 5-6 min olar...

Eli 2026-07-23 18:19:58

riyakar qeyri ciddi adamdır.Dedikləri hsmısı yalandır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol