Menu

"Bu nə birinci "səhvdir", nə də sonuncu..." - Novruz Məmmədov

26.10.2015, 15:47

novruz memmedovQərb rəhbərlərinin bilə-bilə etdiyi səhvlər dünyanı indiki vəziyyətə salıb

"Deyirlər, Bleyer "səhvinə" görə üzr istəyib. Amma bu nə birinci "səhvdir", nə də sonuncu. Bundan da böyük "səhvlər" olub".

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter-dəki səhifəsində yazıb.

O, qeyd edib: "Son illərdə Qərbdə rəhbərlərin belə səhvlərinin sayı-hesabı yoxdur. Dünyanı indiki vəziyyətə salan elə bu bilə-bilə edilən səhvlərdir".

Xatırladaq ki, Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer CNN telekanalına müsahibəsində 2003-cü ildə İraqda əməliyyatların başlamasındakı roluna görə ilk dəfə üzr istəyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol