Menu

Səudiyyə şahzadəsi 2 ton narkotik ilə saxlanıldı

26.10.2015, 17:57
Səudiyyə şahzadəsi 2 ton narkotik ilə saxlanıldı

Livanın təhlükəsizlik qüvvələri bazar ertəsi Beyrutda beynəlxalq aeroportda Səudiyyə şahzadəsi Badel Mohsen ben Valid ben abdel Əzizi saxlayıblar.

Oxu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Əl-Mayadin” peyk telekanalında məlumat yayılıb.

Xəbər verildiyi kimi, baxış zamanı böyük həcmdə narkotik yük aşkar edilib.

İlkin məlumata əsasən, ümumi çəkisi 2 ton olan 40 bağlama müsadirə edilib, narkotik vasitənin adı bildirilmir.

Qeyd edək ki, şahzadə Beyrutdan şəxsi təyyarə ilə uçmağa hazırlaşırdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol