Menu

Yuriy Yermakova Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi

26.10.2015, 18:11
Yuriy Yermakova Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi

Prezident İlham Əliyev Yuriy Yermakova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanda kimya sənayesinin inkişafında xidmətlərinə görə Yuriy Vladimiroviç Yermakova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol