Mərkəzi ofisi ABŞ-da yerləşən beynəlxalq investisiya bankı Goldman Sachs yaydığı hesabatda xam neft rezervlərinin yüksək səviyyəyə çatmasının neft qiymətlərində azalmaya səbəb ola biləcəyi xəbərdarlıq edilib. Banka görə, artıq neft emalı zavodlarının neftbazalarında neft yığıb saxlamaq üçün yer yoxdur.
Goldman Sachs "Yeni Neft Nizami" adlı hesabatında, "ABŞ və Avropada neftayırma zavodlarındakı yığımın tarixdəki ən yüksək səviyyələrinə yaxınlaşması və neftə tələbdə artımın az olması" səbəbilə neft qiymətlərində kəskin azalma baş verə biləcəyi qeyd olunub.
Bazardakı neft təklifi bolluğuna görə, xam neft alışını artıran zavodların yığma tutumlarının doyma səviyyəsinə çatdığına diqqət çəkilən hesabatda, bu vəziyyətin 1998 və 2009-ci illərdə də neft qiymətlərini saldığı xatırladılıb.
Hesabatda, neft bazarında baş verən maliyyə çətinliklərinin, bazarda tələb və təklifi yenidən tarazlığa qovuşduracaq ən mühüm mexanizm olduğu qeyd edilib. Bazardakı təklif artıqlığının bitməsi üçün qiymətlərin gələn il ərzində hazırdakı kimi aşağı səviyyələrdə qalması lazım olduğu ifadə edilib. Goldman Sachs, əvvəlki hesabatında da, qlobal neft təklifi və tələbinin yenidən tarazlıq nöqtəsini tapana qədər neft qiymətlərinin düşməyə davam edəcəyi proqnoz edilmişdi. /"Marja"


Şərhlər