Menu

Monteneqroda heç bir aktivimiz yoxdur - SOCAR

27.10.2015, 10:30
Monteneqroda heç bir aktivimiz yoxdur - SOCAR

SOCAR-ın Monteneqroda heç bir aktivi yoxdur.

"APA-Economics"in xəbərinə görə, bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib.

Vitse-prezidentin sözlərinə görə, SOCAR-ın Monteneqronun bank sektoruna daxil olması ilə bağlı KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir.

S. Qasımov əlavə edib ki, SOCAR tərəfindən 2011-ci ildə alınan Kumbor adasındakı turizm-kurort kompleksi "tərəfdaşlara verilib". "Yaxın vaxtlarda tərəfdaşın adı açıqlanacaq", - deyə vitse-prezident bildirib.

Qeyd edək ki, KİV-də yayılan xəbərlərə əsasən, SOCAR Monteneqroda bank açmağı planlaşdırır. Monteneqro Mərkəzi Bankının SOCAR-a lisenziya verəcəyi gözlənilir.

SOCAR-a məxsus turizm-kurort kompleksinin dəyəri isə 281,2 mln. dollar həcmində ölçülür. Layihəni SOCAR-ın törəmə şirkəti olan "Azmont Investments" reallaşdırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol