Menu

Terrorun kökü kəsilənə qədər seçkilər keçirilə bilməz - Əsəd rejimi

27.10.2015, 20:36
Terrorun kökü kəsilənə qədər seçkilər keçirilə bilməz - Əsəd rejimi

Suriyada terrorçular üzərində qələbə qazanılmamış, parlament və prezident seçkilərinin keçirilməsi istisna olunur.

AzPolitika.info-nun məlumatına görə, bu barədə “Reuters” Suriya prezidenti Bəşər Əsədin administrasiyasına istinadən bildirib.

Suriya Prezident Administrasiyasının açıqlamasında qeyd olunur ki, “bütün ölkədə terrorun kökü kəsilənə və təhlükəsizlik bərpa olunana qədər seçkilərin keçirilməsi mümkün deyil”.

Əsəd rejimindən vurğulayıblar ki, terrorizm qalib gələnə qədər, heç bir ideya və təşəbbüs reallaşdırıla bilməz, bu təşəbbüslərin uğur qazanacağına isə təminat yoxdur.

Ötən həftə Suriyada olmuş rusiyalı deputat Aleksandr Yuşenko isə bildirmişdi ki, Bəşər Əsəd növbədənkənar seçkilərin keçirilməsinin əleyhinə deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol