Menu

MTN müsbət fəaliyyətini bundan sonra da davam etdirəcək - ViDEO

27.10.2015, 14:38
MTN müsbət fəaliyyətini bundan sonra da davam etdirəcək - ViDEO

"MTN ölkəmizin təhlükəsizliyinin təmin olunması istiqamətində müsbət fəaliyyətini bundan sonra da davam etdirəcək”.

“Milli Təhlükəsizlik Nazirliyi tərəfindən digər hüquq-mühafizə orqanları ilə birlikdə Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir”.

Bunu APA-nın Azərbaycan Milli Məclisinə keçiriləcək seçkilərlə bağlı təhlükəsizlik üzrə hansı işlərin aparıldığına dair sorğusuna cavab olaraq, Milli Təhlükəsizlik Naziliyinin İctimai Əlaqələr İdarəsinin rəisi Arif Babayev deyib.

Onun sözlərinə görə, əməliyyat şəraitinə nəzarət olunur: “Milli Təhlükəsizlik Nazirliyi ölkəmizin mənafelərinin və təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində müsbət fəaliyyətini bundan sonra da davam etdirəcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol