Rusiya “Azad Suriya Ordusu” ilə təmasa girmək üçün səylərini davam etdirir.
AzPolitika.info-nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiya Suriyadakı mötədil müxalifətlə təmaslar qurmaq üçün müvafiq koalisiyanın lideri kimi amerikalılara müraciət edib.
“Onları tapmaq asan deyildi, lakin səmimi deyim, hələ də bu səyləri davam etdirik”, - deyə Lavrov əlavə edib.
O qeyd edib ki, artıq ilk “səda”lar var və bu təmasların müsbət nəticə verəcəyinə ümid edir.


Şərhlər