Cinayət Məcəlləsinə əsasən dövlət başçısını təhqir edən şəxslər 1 ildən 4 ilədək həbs oluna bilər
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın ünvanına təhqiramiz ifadələr işlədən 44 vətəndaş son bir il ərzində məhkum olunub.
"Report"un türk mətbuatına istinadən verdiyi xəbərə görə, Ərdoğanın prezident seçildiyi 2014-cü ilin avqust ayından etibarən Ədliyyə Nazirliyində "Prezindentə təhqir" maddəsi ilə 1300 cinayət işi qeydə alınıb.
Türkiyə Cinayət Məcəlləsinin 299-cu maddəsinə əsasən dövlət başçısını təhqir edən şəxslər 1 ildən 4 ilədək həbs oluna bilər. Əyər eyni təhqir ikinci dəfə səslənsə həbs müddəti iki dəfə artır.


Şərhlər