Menu

MTN-in daha bir polkovniki işdən çıxarıldı

28.10.2015, 19:41
MTN-in daha bir polkovniki işdən çıxarıldı

Milli Təhlükəsizlik Nazirliyində "təmizləmə" əməliyyatı davam edir. Vəzifə səlahiyyətlərində sui-istifadə edən, adları müxtəlif qanuna zidd əməllərdə hallanan şəxslər vəzifələrindən kənarlaşdırılır, saxlanılır.

Milli.Az-ın əldə etdiyi məlumata görə, MTN-in Tədris Mərkəzinin rəisi, polkovnik Vahid Zeynalov işdən azad olunub. Rəsmi sənəddə onun "sərəncama götürüldüyü" vurğulanır.

Dünən xəbər yayılmışdı ki, onun qardaşı - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov da həbs olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol