Hadisə Rusiyanın Krasnoyarsk əyalətinin yaxınlığında baş verib.
Rusiyada Azərbaycan vətəndaşı polisə rüsvət təklif etdiyi üçün saxlanılıb.
Ans press-in məlumatına görə, hadisə Krasnoyarsk əyalətinin yaxınlığında yerləşən Dudinka şəhərinə baş verib. Azərbaycan vətəndaşını ölkənin nəqliyyat polisinin əməkdaşları saxlayıb.
"Onun ölkədən deportasiyası üçün qərar qəbul edilib. Ancaq həmin şəxs polisə 200 dollar rüşvət verməklə ölkə ərazisində qalmaq istəyib. Polis onun bu qanunsuz əməlinin qarşısını alıb”,- deyə polisin yaydığı məlumatda deyilir.
Azərbaycanlı məhkəmənin qərarı ilə 383 min 39 rubl (6200 manat) məbləğində cərimə edilib.


Şərhlər