Menu

Əhməd Şahidov Cəlayir kəndinin ağsaqqalları ilə görüşüb (VİDEO)

29.10.2015, 23:23

celayirDeputatlığa namizəd Əhməd Şahidov Qax rayonu Cəlayir kəndində görüş keçirib

Ötən gün deputatlığa namizəd Əhməd Şahidov Qax rayonu Cəlayir kəndində olub və kəndin mərkəzində ağsaqqallarla görüşüb. Görüş zamanı Sarıbaş kəndi və sarıbaşlılar barədə fikirlərini bölüşən Əhməd Şahidov sarıbaşlıların böyük hissəsinin Cəlayirdə yaşadıqlarını və bu səbəbdən də kəndə gəlib vəziyyətlə maraqlandığını deyib.

Əhməd Şahidovla görüş zamanı qayğılarını səsləndirən kənd ağsaqqalları seçkilərdə fəal iştirak edəcəklərini və Qaxın problemləri ilə yaxından maraqlanan namizədə səs verəcəklərini bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol