Menu

Ukraynada Berluskoniyə qarşı cinayət işi qaldırdı

29.10.2015, 23:54
Ukraynada Berluskoniyə qarşı cinayət işi qaldırdı

Ukraynada İtaliyanın sabiq baş naziri Silvio Berluskoniyə qarşı cinayət işi qaldırılıb. Musavat.com-un Ukrayna qaynağına istinadən verdiyi xəbərə görə, keçmiş baş nazir Krıma qanunsuz şəkildə səfər eləməkdə günahlandırılır.

Ukrayna qanunvericiliyinə görə, Berluskonini 8 illik həbs cəzası gözləyir.

Bir müddət öncə Ukrayna Xarici İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putin və Berluskoninin Krıma səfər etməsini pisləmişdi. Onlar sentyabrın ortalarında Yalta sahillərində gəzintiyə çıxmış, Krım müharibəsi zamanı həlak olanların memorialı önünə gül-çiçək qoymuşdular.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol