Menu

Sabah seçkiqabağı təşviqat kampaniyası başa çatır

30.10.2015, 10:47
Sabah seçkiqabağı təşviqat kampaniyası başa çatır

Sabahdan etibarən Milli Məclisə noyabrın 1-nə təyin olunmuş seçkilərdə namizədlərin seçkiqabağı təşviqat kampaniyası aparmaq üçün ayrılan vaxt başa çatır.

Trend-in məlumatına görə, Milli Məclisə seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunan Təqvim Planına əsasən, təşviqat kampaniyası 31 oktyabr səhər saat 8:00-da başa çatır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol