Menu

Prokuror vəkilə 10 il müddətinə cəza istəyib

30.10.2015, 11:13
Prokuror vəkilə 10 il müddətinə cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Mənsum Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək M. Bayramovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses noyabrın 3-də davam etdiriləcək.

Qeyd edək ki, M. Bayramova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Mənsum Bayramov 2005-ci ildə Mərkəzi Seçki Komissiyasının AXCP">AXCP-dən namizədliyi irəli sürülən üzvü olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol