Menu

Bakıda marşrut avtobusu mikroavtobusla toqquşub: 8 nəfər xəsarət alıb

30.10.2015, 12:56
Bakıda marşrut avtobusu mikroavtobusla toqquşub: 8 nəfər xəsarət alıb

Bakıda marşrut avtobusu mikroavtobusla toqquşub.

Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə oktyabrın 29-da saat 10 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Novruz Əliyevin idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusu və Masallı rayon sakini Qoşqar Ağalarovun idarə etdiyi “Ford” markalı mikroavtobus toqquşub. Nəticədə Q.Ağalarov və 7 sərnişini xəstəxanaya yerləşdirilib.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol