Menu

Daha bir ölkə azərbaycanlılar üçün vizanı ləğv etdi

30.10.2015, 14:43
Daha bir ölkə azərbaycanlılar üçün vizanı ləğv etdi

Noyabrın 1-dən Azərbaycan vətəndaşları İndoneziyaya vizasız səfər edə bilərlər.

"Marja"az-ın məlumatına görə, bu haqda İndoneziyanın Azərbaycandaki səfirliyi məlumat verib.

Vizasız rejim yalnız turistlərə tətbiq olunacaq. İndoneziyaya turistik məqsədlərlə səfər edən Azərbaycan vətəndaşları ölkədə bir ay ərzində vizasız qala bilərlər.

Yeni qaydalara görə, Azərbaycandan gələn turistlərin pasportlarına ölkədə 30 gün ərzində qalmağa icazəni nəzərdə tutan möhür vurulacaq. (Bu müddət uzadıla bilməz.) Buna görə turistdən əlavə pul alınmayacaq.

Viza rejiminin ləğvi haqda qərar İndoneziya və Azərbaycan arasında turizm sahəsində münasibətlərin genişləndirilməsi üçün qəbul edilib.

Qeyd edək ki, buna qədər İndoneziyaya vizanın qiyməti 50 ABŞ dolları idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol