Menu

Sahibkar atasının qəbri üstündə özünü güllələdi

30.10.2015, 15:56
Sahibkar atasının qəbri üstündə özünü güllələdi

Azərbaycanda sahibkar atasının qəbri üstündə özünü güllələyib. "Report" xəbər verir ki, intihar hadisəsi Ağdaş rayonunun Güvə kəndində baş verib.

Belə ki, kənd sakini, 1965-ci il təvəllüdlü Mirələm Davud oğlu İsmayılov kənd qəbirstanlığında atasının məzarı başında özünü güllələyib. Təklüləli ov tüfəngi mərhumun özünə məxsus olub.

Qeyd edək ki, M.İsmayılov iki uşaq atası olub. O, biyan kökü toplamaq biznesilə məşğul olurmuş.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol