Menu

Bəhreynli şeyxə qarşı sərt ittiham

31.10.2015, 09:48

FIFA_logo_031012APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “L'Equipe” qəzeti yazıb.

İddialara görə, 2011-ci ildə Bəhreyn futbol federasiyasının prezidenti vəzifəsində olarkən şeyxin təşəbbüsü ilə bir neçə idmançı barəsində uydurma cinayət işi açılıb. Əl-Həlifə, öz növbəsində, ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Qeyd edək ki, şeyx 2013-cü ildən etibarən Asiya futbol konfederasiyasının prezidenti, eyni zamanda FİFA-nın vitse-prezidentidir.

Xatırladaq ki, FİFA prezidenti postuna seçkilər 2016-cı il, fevralın 26-da keçiriləcək. Ali futbol qurumunun prezidentliyinə 7 nəfərin namizədliyi artıq təsdiqlənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol