Menu

"Qəbələ" - "Kəpəz" oyunu yarımçıq dayandırıldı

31.10.2015, 23:24
"Qəbələ" - "Kəpəz" oyunu yarımçıq dayandırıldı

Bu gün Premyer Liqanın 11-ci turu çərçivəsində baş tutan "Qəbələ" - "Kəpəz" oyunu təxirə salınıb.

Axar.az xəbər verir ki, oyunun təxirə salınmasına səbəb meydanı qatı dumanın bürüməsi olub. Görüşün baş hakimi Əliyar Ağayev 30-cu dəqiqədə oyunu yarımçıq dayandırıb. Matçın sabah saat 20:00-da davam etdirilməsinə qərar verilib.

Qeyd edək ki, görüşün 30-cu dəqiqəsinə qədər hesab 1:0 "Kəpəz"in xeyrinə idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol