Menu

Seçicisiz qalan seçkimiz- 1 saatda 4 nəfər səs verir

01.11.2015, 11:57
Seçicisiz qalan seçkimiz- 1 saatda 4 nəfər səs verir

Bu gün Azərbaycan növbəti dəfə öz parlamentinin üzvlərini seçir. Milli Məclisin V çağırış seçkilərinə səhər saat 08:00-dan etibarən start verilib.  ANS PRESS seçki günü bir neçə məntəqədə müşahidə aparıb. Müşahidə apardığımız məntəqələrin seçkiyə tam hazır olduqları görünsə də, seçici aktivliyi müşahidə edilmirdi.

17 saylı Yasamal 3-cü seçki dairəsinin 8, 12, 13, 14 və 18 saylı seçki məntəqələrində müşahidə kameraları qurulub və müşahidəçilər dəvət edilib. Ancaq bütün bunlara baxmayaraq orada olduğumuz 45 dəqiqə ərzində səsvermə üçün gələnlərin sayı 4-5 nəfərdən çox olmadı.

Seçki dairəsində nəzarət aparan Arzu Nəbiyeva seçici azlığını bazar günü və havanın soyuq olması ilə əsaslandırır: "Seçki hələ bir neçə saatdır ki, başlayıb. İstirahət günü olması da seçici aktivliyinə təsir edir".

Müşahidəçilər günortadan sonra səs verənlərin sayında artım müşahidə olunacağına ümid edirlər.

Məntəqlərin çıxışında isə "Eksit Poll" (seçkilərin monitorinqi zamanı müşahidəçilər əsasən – səsvermə başlamazdan əvvəl məntəqənin səsvermə üçün yararlılığını yoxlayır, seçici siyahısı ilə tanış olur, səsvermə başladığı vaxtdan səsvermənin nəticələri üzrə rəsmi protokolların tərtib olunmasına kimi prosesi, seçicilərin səslərinin təkrar hesablanmasını, seçki bülletenlərinin, ləğv edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə edir, müşahidənin nəticələrinin seçki komissiyasının protokoluna əlavə olunmasını tələb edir, nəticələr haqqında rəsmi protokolların surətlərini əldə edir və s.) qutusu qoyulmuşdu və səsvermədən çıxan insanların ikirləri öyrənilirdi.

Baş çəkdiyimiz məntəqələrdə nəzarət edən müşahidəçilər hələlik heç bir qanun pozuntusu ilə rastlaşmadıqlarını bildirdilər.

Bu günkü səsvermədə 5 milyon 200 minə yaxın seçici səsvermə prosesində iştirak edəcək. Milli Məclisə seçkilərdə 767 namizəd mübarizə aparacaq. Ən çox namizəd olan dairədə 12, ən azı namizəd olan dairədə isə 3 namizəd var.

Seçkilərdə 15 siyasi partiya birbaşa partiya olaraq, 7 partiya isə “Azadlıq-2015” seçki bloku ilə iştirak edir. Ümumilikdə isə Milli Məclisdə bir yer uğrunda təxminən altı namizəd mübarizə aparır.

Ümumilikdə səsvermə hüququ olan şəxslərin sayı 5 milyon 200 minə yaxındır. Saat 10:00-a olan məlumata görə, hələlik 700 minə yaxın insan səs verib.

Bülleten qutuları

"Exit Poll" aparan şəxslər

Seçki müşahidəçiləri

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol