Menu

İranla Ermənistan arasında viza ləğv edilir

12.02.2014, 18:20
İranla Ermənistan arasında viza ləğv edilir

İranla Ermənistan arasında viza rejimi tezliklə ləğv edilə bilər.

Bunu İranın Ermənistandakı səfiri Mohammad Reisi bildirib. O həmçinin Ermənistan televiziyasına müsahibəsində deyib ki, İran prezidenti Hasan Rohaninin ilin sonunda Ermənistana rəsmi səfəri nəzərdə tutulub. Amma səfir dəqiq vaxt göstərməyib.

Ötən il Hasan Rohaninin andiçmə mərasimində Ermənistan prezidenti Serzh Sarkisian da iştirak edib, prezidentlərin ayrıca görüşü olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol