Menu

Parisdə irqçiliyə qarşı aksiya keçirilib – FOTOLAR

01.11.2015, 22:14
Parisdə irqçiliyə qarşı aksiya keçirilib – FOTOLAR

Fransanın paytaxtı Parisdə irqçiliyə qarşı etiraz aksiyası keçirilib. Musavat.com xəbər verir ki, Parisin Barbes meydanında toplaşan minlərlə insan irqçilik, islamafobiya və polis şiddətinə qarşı aksiya keçirib.

Nümayişə qadın dərnəklərindən müsəlman təşkilatlarına qədər bir çox fərqli qruplar dəstək verib. Aksiyada Parisdə 2005-ci ildə şəhərətrafı üsyan zamanı polisdən qaçarkən transformatora çırpılaraq həyatını itirən 15 yaşlı Bouna Traore və 17 yaşlı Zyed Bennanın fotolarını açan etirazçılar “Polis şiddətinə son”, “Polis hesab verəcək”, “Bərabərlik olmadan sülh olmaz” şüarları səsləndiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol