Menu

İŞİD-in əsas gəlir mənbəyi: Neft deyilmiş

02.11.2015, 00:26
İŞİD-in əsas gəlir mənbəyi: Neft deyilmiş

İŞİD-in əsas gəlir mənbəyi neft satışından əldə edilən pullar deyil.

Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında italiyalı jurnalist Loretta Napoleoni söyləyib. Onun sözlərinə görə, terror təşkilatının əsas gəlir mənbəyi nəzarətində olduğu bölgələrdən yığdığı vergilərdir: “Doğrudur, neft satışından da İŞİD gəlir əldə edir, amma bu, yığılan vergilərin qarşılığında çox aşağı göstəricidir. İŞİD-in nəzarətində olan torpaqlarda təxminən 8 milyon insan yaşayır. Terror təşkilatı öz işləri üçün bu şəxslərdən vergi alır. Hətta bu torpaqlarda neft qaçaqmalçılığı ilə məşğul olanlar da terror təşkilatına vergi ödəyir. İŞİD insan alverindən də xeyli miqdarda pul əldə edir. Sərhədi keçən hər bir şəxs üçün vergi ödənilir. Üstəlik, Türkiyədən sərhədi keçənlərin böyük bir qismi insan alveri ilə məşğul olan şəxslərdir. Həmin şəxslərdən terror təşkilatı həftəlik 500 min avro xeyir götürür”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol