Menu

Cavid Qurbanov İsgəndər Həmidovdan 10 dəfə çox səs toplayıb? – TƏZAD

02.11.2015, 16:55
Cavid Qurbanov İsgəndər Həmidovdan 10 dəfə çox səs toplayıb? – TƏZAD

Keçmiş Daxili İşlər naziri, 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizəd İsgəndər Həmidov 1 noyabr seçkilərində rəsmi nəticələrə görə, cəmi 2189 səs alıb. AzPolitika.info xatırladır ki, bu dairədən qalib elan olunan Cavid Qurbanova isə rəsmi protokolda 25 621 səs yazılıb. Başqa sözlə, İ.Həmidov əsas rəqibindən təxminən 12 dəfə az səs toplayıb.

Əlbəttə, MSK-nın elan etdiyi nəticələri “xalqın iradəsi” kimi qəbul etmək çətindir, ancaq yenə də İsgəndər Həmidova bu qədər az səs yazılması maraqlıdır.

Halbuki, keçmiş nazirin kəlbəcərlilər arasında böyük nüfuzunun olduğu, güclü kampaniya aparacağı və hakimiyyətin namizədinə ciddi problemlər yarada biləcəyi haqda iddialar var idi.

O da maraqlıdır ki, İsgəndər Həmidov seçkinin nəticəsinə heç bir etiraz bildirməyib. İstisna deyil ki, İ.Həmidovun əvvəlcədən seçki ilə bağlı danışıqlara getdiyi haqda iddialar əsaslı olub. Yəni keçmiş nazir bilərəkdən aktiv kampaniya aparmayıb və namizədliyinin formal xarakter almasıyla razılaşıb.

V.Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol