“Donbas xüsusi status almalıdır”. Musavat.com-un məlumatına görə, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri Qazaxıstana səfəri çərçivəsində “Mir” telekanalına müsahibəsində deyib. Kerri həmçinin, deyib ki, “ağır hərbi texnika geri çəkilməli, beynəlxalq sərhədlər isə toxunulmaz qalmalıdır”.
“ATƏT situasiyanın monitorinqinə buraxılmaldıır. Beynəlxalq müşahidəçilər seçkiləri müşahidə eləməli, seçkilər isə Ukrayna qanunları əsasında keçirilməlidir” –Kerri qeyd edib.
Onun sözlərinə görə, nə vaxt ki, bütün bu şərtlər yerinə yetiriləcək, o zaman Rusiya üzərindən sanksiyalar götürüləcək və Moskva ilə Vaşinqton əvvəlki əlaqələrə qayıda biləcək. “Hansı əlaqələr ki, son illərin gərginliyini aradan qaldırmış olacaq” - əlavə edib ABŞ xarici siyasət idarəsinin başçısı.


Şərhlər