Ərəbistanı qeyri-yaşayış sahələrindəki istehlakçılar üçün suyun qiymətini artırır. Musavat.com xəbər verir ki, məlumatı Reuters yerli KİV-ə istinadən yayıb. Yerli KİV-lərdən birinin məlumatına görə, bu il dekabrın 15-dən sənaye və hökumət binalarındakı istehlakçılar, eləcə də böyük korporsiyaların binaları üçün suyun qiyməti iki dəfədən çox bahalaşacaq. Beləliklə, suyun 1 kub. m.-i 9 rial (2,4 dollar) təşkil edəcək.
Bəzi KİV-lər isə yazır ki, bahalaşmada məqsəd su istehlakının azaldılması və su itkisinin qarşısının alınmasıdır.
Yaşayış binalarında yaşayanlar suyu yeni qiymətlə almayacaqlar.
Səudiyyə Ərəbistanı neftin ucuzlaşması nəticəsində dövlət büdcəsində yaranmış 100 milyard dollarlıq kəsiri aradan qaldırmağa çalışır.


Şərhlər