Menu

Avtomobillə qatar toqquşub: yaralılar var

03.11.2015, 09:15
Avtomobillə qatar toqquşub: yaralılar var

Ağstafada ər və arvadın yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Köçəsgər kəndi ərazisində, Tatlı -Ağstafa dəmir yol xəttinin 97-ci kilometrliyində, qorunan dəmir yol keçidində qeydə alınıb. Köçəsgər kənd sakini, 1970-ci il təvəllüdlü Bahəddin Sultanov idarə etdiyi “VAZ 2106” markalı avtomobillər bağlı olan keçiddən keçmək istəyərkən elektrovoz maşını vurub. Hadisə zamanı sürücü və onun həyat yoldaşı, 1973-cü il təvəllüdlü Narınc Sultanova müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol