Menu

Rusiya, aviazərbələrə hər gün 4 milyon dollar xərcləyir - HESABAT

03.11.2015, 10:51
Rusiya, aviazərbələrə hər gün 4 milyon dollar xərcləyir - HESABAT

Müdafiə məsələləri üzrə aparıcı analitik mərkəzlərin hesablamalarına görə, Rusiyanın Suriyadakı bombalama kampaniyası gündəlik 4 milyon dollara başa gəlir. Rusiya ordusunun Suriyaya müdaxiləsindən bir ay sonra Londandakı “IHS Janes” şirkəti bu əməliyyatlara çəkilən maliyyə xərclərini hesablayıb.

“IHS Janes” bu müharibədəki Rusiyanın maliyyə xərclərini kompleks qiymətləndirməyə başlayıb və bu hesablamaya bütün növ xərclər daxildir. Həmin dəyərləndirməyə əsasən, atılan mərmilərin qiyməti, təyyarələrin mühəndis qrupu ilə təmin edilməsi, loqistika və kəşfiyyat əməliyyatlarının aparılması da hesablanır. ”Janes” şirkətinin hesablamasına əsasən, Rusiya Silahlı Qüvvələri gündəlik olaraq, hava əməliyyatlarına 710 min dollar, hərbi təchizata 750 min dollar, texniki personala 440 min dollar və kəşfiyyat məlumatlarına isə 250 min dollar pul sərf edir. Bundan başqa “IHS Janes” şirkətinin ekspertləri, hətta təyyarələrin qanadlarının havada bir saat dəyişilməz həndəsi formada qalmasına təxminən 12 min dolların, vertolyotlar üçün isə 3 min dolların sərf edildiyini də hesablayıblar.

Rusiyadan Suriyaya hərbi avadanlıqların daşınması prosesində çəkilən xərclərin dəqiq hesablanması ilə əlaqədar “Janes” şirkətinin apardığı analizdə qaçılmaz olan mürəkkəb vəziyyətlərə aid xüsusi bir eyham da yer alır. Oktyabr ayında Xəzər dənizindən atılan qanadlı raketlər təxminən 35 milyon dollara başa gəlmişdi. Digər tərəfdən isə Suriyadakı 1500-2000 nəfərlik hərbçiyə ödənən əmək haqları və sairələrdə nəzərə alınmalıdır.

Qeyd olunan bu rəqəmlərə əsasən “Janes” şirkətinin ekspertləri belə bir nəticə çıxarıblar ki, Rusiyanın Suriyadakı bir günlük hərbi əməliyyatları 4 milyon dollara başa gəlir. Ümumiyyətlə isə Rusiyanın 30 sentyabr tarixindən başlayan hərbi müdaxiləsinə, daşınma və digər xərclər də daxil olmaqla, təxminən 100 milyon dollar sərf olunub.

Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli məmurları bildirirlər ki, 50 milyard dollarlıq müdafiə büdcəsi bu xərcləri tamamilə bağlayır. Həttə səsləndirilən bəyanatlar həqiqət olsada belə. Lakin əgər Suriyadakı hərbi kampaniya uzanarsa (böyük ehtimalla uzanacaq) onda Rusiya prezidenti Vladimir Putin böyük maliyyə çətinlikləri ilə qarşılaşacaq. Hal-hazırda Rusiya iqtisadiyyatı yüksək inflyasiyadan əziyyət çəkir və hökumətin əsas qazanc məbəyi olan neftdən gələn gəlirlər isə bu məhsula olan dünyadakı tələb və təklifin dəyişməsi fonunda xeyli dərəcədə azalıb.

Putinin Suriyada hərbi əməliyyatlar keçirmək barəsindəki qərarı, ölkədaxili arenada demək olar ki, ona heç nə gətirmir. Putinin reytinqi hədsiz yüksək səviyyədədir. Bundan başqa indi Rusiyada onun Suriyadakı siyasətinə qarşı çıxacaq hər hansı bir təsirli müxalifət təşkilatı da yoxdur. Əksinə, Rusiya vətəndaşları öz ölkələrinin yenidən Yaxın Şərqdə mühüm siyasi oyunçuya çevrilmsi fikrindən xoşlanırlar.

Rusiyanın hərbi əməliyyatları əsas etibarı ilə köhnə təyyarələrdən istifadə etməklə həyata keçirilir. Lakin bununla yanaşı rusiyalı komandirlər Suriyaya göndərilmiş yeni nəsil təyyarələr sayılan “SU-34” kimi çoxfunksiyalı qırıcı-bombardmançıların etibarlılıq dərəcəsi və digər imkanları barəsində də qiymətli dərslər əldə edirlər.

Vaqif NƏSİBOV

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol