Menu

​RF Şurasının sədri Sarqsyanla Qarabağ münaqişəsini müzakirə edib

03.11.2015, 14:08
​RF Şurasının sədri Sarqsyanla Qarabağ münaqişəsini müzakirə edib

Rusiya Federasiya (RF) Şurasının sədri Valentina Matviyenko Yerevanda Ermənistan prezidenti Serj Sarqsyanla görüşüb.

"Report" Ermənistan KİV-ə istinadən xəbər veri ki, bu haqda Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilib ki, görüş zamanı tərəflər bir sıra məsələlər, o cümlədən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin tənzimlənməsinə dair fikir mübadiləsi aparıb.

Qeyd edək ki, Valentina Matviyenkonun başçılıq etdiyi Rusiya nümayəndə heyəti noyabrın 2-də Ermənistana səfər edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol