Menu

QMİ-də qeyri-adi dua mərasimi

03.11.2015, 17:29
QMİ-də qeyri-adi dua mərasimi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Misirdə Rusiyaya məxsus sərnişin təyyarəsinin havada parçalanaraq yerə düşməsi nəticəsində çoxlu sayda insanın ölümünə münasibət bildirib.

APA-nın məlumatına görə, şeyxülislam idarədə ABŞ-ın Los-Anceles şəhərinin yəhudi icmasının nümayəndə heyəti ilə keçirilən görüşdə deyib ki, bu hadisə insanları aşan, Tanrının iradəsindən asılı olan məsələdir.

A. Paşazadə hadisədən sarsıldığını bildirərək tədbirdə iştirak edən müsəlman, yəhudi və xristianları ayağa qalxaraq onları öz dini inanclarına uyğun dua etməyə çağırıb.

İştirakçılar şeyxülislamın təklifinə əməl ediblər və ayağa qalxaraq dua ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol