Menu

Suriyalı spiker hücumda öldürüldü

03.11.2015, 22:32
Suriyalı spiker hücumda öldürüldü

Suriyada qadın spiker öldürülüb.Müsavat.com xəbər verir ki, bu barədə məlumat Suriyanın rəsmi xəbər agentliyi olan “SANA”-da yer alıb.

Suriyanın “Nur əl- Dəməşq” və “Damascus” radiosunu spikeri Betül Muhlis əl -Varar paytaxt Dəməşq yaxınlığında terror təşkilatlarının təşkil etdiyi hücumda həyatını itirib.

Agentliyin bildirdiyinə görə, qadın spiker işə getmək üçün evdən çıxarkən hücuma məruz qalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol