Menu

DAHA BİR VƏZİFƏLİ ŞƏXS HƏBS OLUNDU - Korrupsiya, dələduzluq...

04.11.2015, 18:09
DAHA BİR VƏZİFƏLİ ŞƏXS HƏBS OLUNDU - Korrupsiya, dələduzluq...

"Aztelekom" MMC-nin baş mühasibi Oqtay Rüstəmov həbs olunub.AzNews.az xəbər verir ki, əməliyyat dünən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirlib.

Binəqədi rayon Məhkəməsinə aparılan baş mühasib haqda ilkin olaraq 3 aylıq həbsqətimkan tədbiri seçilib. Oqtay Rüstəmov Cinayət Məcəlləsinin 3 maddəsi (vəzifədən sui-istifadə etmə, dələduzluq və korrupsiya) ilə təqsirli bilinib.

Qeyd edək ki, O. Rüstəmov bundan əvvəl Ağdaş və Göyçay Telekommunikasiya Qovşağında sədr vəzifəsində də çalışıb.

Qeyd edək ki, dünən “Azərpoçt” MMC-nin baş direktoru barəsində də həbs qətimkan tədbiri seçilib.

Hüquq-mühafizə orqanlarından Trend-ə daxil olan məlumata gorə, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Q.Bəybalayev barəsində artıq həbs qətimkan tədbiri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol