Menu

ABŞ şirkəti Azərbaycanda fəaliyyətini dayandırdı

04.11.2015, 13:14
ABŞ şirkəti Azərbaycanda fəaliyyətini dayandırdı

ABŞ-ın neft-qaz sektorunda kəşfiyyat üzrə təchizatçı şirkəti "M-İ L.L.C." Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğunu elan edib.

"Report"un verdiyi xəbərə görə, kreditorlar tələblərini Bakı şəhəri Yasamal rayonunun Murtuza Muxtarov küçəsi, ev 201 ünvanına təqdim edə bilər.

Qeyd edək ki, karbohidrogen kəşfiyyatı və hasilat sahəsində xidmətlər təklif edən bu şirkət qazma məhsulu sistemləri ilə təminatla məşğuldur. Şirkətin əsası 1936-cı ildə Texas ştatında qoyulub və hazırda "Schlumberger Ltd." şirkətinin törəmə şirkəti kimi fəaliyyət göstərir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol