Menu

Putin Ərdoğanla Suriyanı müzakirə etdi

04.11.2015, 14:15
Putin Ərdoğanla Suriyanı müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Ərdoğana zəng edib. Modern.az saytı Kremlin rəsmi saytına istinadən xəbər verir ki, tərəflər ilk növbədə Suriyadakı situasiyanı müzakirə ediblər. Tərəflər Vyanada xarici işlər nazirlərinin Suriya ilə bağlı son görüşləri fonunda münaqişənin nizamlanması yollarını arayıblar.

Türkiyə Suriya prezidenti Bəşər Əsədin dərhal istefasını tələb edir və Rusiya ilə arasında bu məsələdə ciddi fikir ayrılığı mövcuddur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol