Menu

Xəzər dənizində üç balıqçı yoxa çıxıb

04.11.2015, 15:58
Xəzər dənizində üç balıqçı yoxa çıxıb

Xəzər dənizinin Xaçmaz sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, balıqçı qayığında olan şəxslərlə yaxınları telefonla danışıb. Bir müddətdən sonra isə əlaqə itib. Onlar da bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verib. Hazırda balıqçıların axtarışları istiqamətində FHN-in Dövlət Sularda Xilasetmə xidmətinin əməkdaşları səylərini davam etdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol