Menu

Ermənistanın sabiq müdafiə naziri KTMT-nin baş katibi təyin olunacaq

04.11.2015, 17:30
Ermənistanın sabiq müdafiə naziri KTMT-nin baş katibi təyin olunacaq

Ermənistanın sabiq müdafiə naziri Vaqarşak Arutyunyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi təyin oluna bilər.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, rotasiya prinsipinə əsasən həm Avrasiya İqtisadi Birliyi, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında sədrlik Ermənistana keçməlidir.

“Hakimiyyətdəki mənbələrimizə istinadən KTMT-nin baş katibi vəzifəsində Nikolay Bordyujanı sabiq müdafiə naziri Vaqarşak Arutyunyan əvəz edə bilər,” - deyə “Qraparak” qəzeti yazıb.

V. Arutyunyan özü isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol