Şimali Koreyanın Xarici İşlər Nazirliyinin rəsmisi Jong Tong Hak maraqlı açıqlamalarla gündəmə gəlib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat “Associated Press”-də yer alıb.
Jong bildirib ki, Koreya yarımadasında sülh əldə etmək üçün əvvəlcə Şimali Koreya və ABŞ razılıq əldə etməlidir.
Jong ABŞ-ı Pyonqyanqı nüvə silahı ilə şantaj etməkdə və düşmən siyasəti aparmaqda günahlandırıb.
O, problemin həllini Vaşinqtonun qərəzsiz siyasət aparmasında görür : “ABŞ, Şimali Koreyanın müstəqilliyini tanımalı, ona qarşı apardığı düşmən siyasətindən imtina etməlidir”.


Şərhlər